“Məhəmməd Əmin Rəsulzadənin siyasi fikirləri” adlı elmi-praktik konfrans keçirilib

“11 sentyabr terroru: gəlin birlikdə düşünək” mövzusunda Dəyirmi Masa
AVCİYA regionlarda əhalini kommunal xidmətlər və istehlakçı hüquqları ilə bağlı maarifləndirir
AVCİYA Azərbaycanı həmsədrlərin xidmətindən imtina etməyə çağırıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr edilmiş “Məhəmməd Əmin Rəsulzadənin siyasi fikirləri” adlı elmi-praktik konfrans keçirib. APA-nın məlumatına görə, konfransı AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov açaraq M. Ə. Rəsulzadənin Azərbaycan  tarixindəki rolundan, Azərbaycan Milli Şurasını yaratmasından, nəinki türk xalqları içərisində, hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurmasından danışıb.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə babasına göstərilən diqqətdən məmnun olduğunu bildirib.

Daha sonra BDU-nun dosenti Nəsiman Yaqublu çıxış edib. O bildirib ki, son günlər Azərbaycanda Rəsulzadə ilə bağlı silsilə tədbirlər keçirilir: “Əlbəttə, bu yaxşı haldır. Bu tədbirlər təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə keçirilir. Sabah Moskvada Rəsulzadə ilə bağlı tədbir keçiriləcək. Həmin tədbirdə iştirak üçün bizə də dəvət göndərilib. O cümlədən, Türkiyədə də belə bir tədbir olacaq.  Bu cür tədbirlərin keçirilməsi göstərir ki, Rəsulzadəyə diqqət böyükdür”.

Rəsulzadə irsinin zəngin olduğunu deyən N. Yaqublu onun 10-a yaxın ölkədə yaşadığını qeyd edib: “Ölkədə yaşamaq başqa şeydir, orada fəaliyyət göstərmək isə tamam başqadır. Rəsulzadə yaşadığı ölkələrdə təşkilatlar yaradaraq siyasi fəaliyyətlə məşğul olub. Ona görə də Rəsulzadə deyəndə təkcə  Azərbaycan tarixi nəzərdə tutulmur, bütövlükdə  Qafqaz tarixi nəzərdə tutulur”.

Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.