“Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə”

Şamaxıda Mirzə Ələkbər Sabirə həsr edilən kitabların təqdimatı olub
Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişiklikləri seçicilərin 69,7 faizi dəstəkləyib – “exit-poll”un yekun nəticəsi
Elxan Süleymanov: “Sərsəng su anbarına dair qətnamə beynəlxalq aləmdə Ermənistana təzyiqlərin artırılmasında Azərbaycanın imkanlarını genişləndirir”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) dəstəyilə “Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə” adlı kitab işıq üzü görüb. Kitabda seçki dövründə medianın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır, eyni zamanda seçki ilə əlaqədar bir sıra KİV orqanlarının hazırlıq işlərinin necə aparıldığı yer alıb. Bundan başqa kitabda mövcud seçki qanunvericiliyində KİV-lərə aid müddəalar və onların tənzimlənməsi məsələləri geniş formada əks olunub. Dünyanın inkişaf etmiş ölkələrində medianın seçkilərdə rolu, bu sahənin qanunla tənzimlənməsi, jurnalistlərin hüquqları və digər məsələlər kitaba daxil edilib. Kitabın redaksiya heyəti bu nəşrin Azərbaycanda fəaliyyət göstərən KİV-nə bir töhvə olacağına əmindir. Oktyabrın 20-i saat 11- 00-da “TREND” Xəbərlər Şirkətinin konfrans zalında kitabın təqdimat mərasimi keçiriləcək. Tədbirə QHT və KİV təmsilçiləri dəvətlidirlər.