Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrıldı – SƏRƏNCAM

8 mindən çox şəhid ailəsi, müharibə əlilləri özünüməşğulluq proqramları ilə əhatə olunub
İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edib
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Prezident İlham Əliyev “Bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamla əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra№-siŞəhərin, rayonun adıQuyularınsayı, ədədYaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
Gəncə1Şıxzamanlı qəsəbəsi6773
Naftalan1Qaşaltı Qaraqoyunlu kəndi930
Yevlax3Hacımahmudlu kəndi635
Qaramanlı kəndi878
Nurallar kəndi247
Goranboy10Əlirzalı kəndi1248
Hazırəhmədli kəndi1183
Xınalı kəndi1061
Qaradağlı kəndi3723
Qaramusalı kəndi1181
Qızılhacılı qəsəbəsi (3 quyu)7206
Muzdurlar kəndi1596
Səfikürd kəndi4990
Göygöl5Balçılı kəndi2350
Quşqara kəndi (2 quyu)1698
Nadil kəndi1359
Səmədli kəndi470
Samux6Aşağı Ağasıbəyli kəndi522
Çobanabdallı kəndi3030
Hacıalılı kəndi1300
Qarayeri qəsəbəsi6299
Qovlarsarı kəndi1545
Samux şəhəri10474
Cəmi:262360 698

Report