Memarlıq və İnşaat Universitetində Dağlıq Qarabağla bağlı Ağ Evin saytında açılan petisiya ilə əlaqədar görüş keçirilib

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların dünyaya çatdırılması istiqamətində geniş miqyaslı layihəyə başlanıb
AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir
“Qarabağa doğru” yürüş aksiyası keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)  Dağlıq Qarabağa dair Ağ Evin saytında açılan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Universitetin tədris işləri üzrə prorektoru Arif Şərifov AVCİYA-nın Azərbaycanın ictimai-siyası həyatındakı rolundan, beynəlxalq fəaliyyətindən danışıb, assosiasiyanın başladığı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsinin ölkə üçün əhəmiyyətini yüksək qiymətləndirib.

AVCİYA nümayəndəsi Məhərrəm Zülfüqarlı bildirib ki, Obama administrasiyasına ünvanlanan petisiya ilə əlaqədar bir neçə universitetdə görüş keçirilib: “Artıq 170 min səs toplanıb. Biz düşünürük ki, bu səs sayı yetərli deyil, daha çox olmalıdır. Obama administrasiyasında səslərin sayı hesablananda onlar bəzi səslərin qaydaya uyğun verilmədiyini müəyyənləşdirə, onu saymaya bilərlər. Ona görə də, biz daha çox səs toplamalıyıq. Mən bütün Azərbaycan gəncliyini, tələbələri fəal olmağa çağırıram”.

M. Zülfüqarlı əlavə edib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım göstərməyə çağırırlar.

Qeyd edək ki, səsvermə mayın 6-dək davam edəcək. Ağ evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.