Mikayıl Cabbarov: Zəngəzur dəhlizi tranzit marşrutlar üçün mühüm qovşaq rolunu oynayacaq

USAID Qubada Yəhudi Mədəniyyət Evi yaradacaq
Prezident İlham Əliyev yeni təyin olunan gənclər və idman nazirini videoformatda qəbul edib
ICESCO-nun Baş direktoru: Ümumbəşəri dəyərlər bütün ideologiyaların fövqündə olmalıdır

“Azərbaycanın əsas hissəli ilə Naxçıvan arasında nəqliyyat vasitələrinin və yüklərinin maneəsiz hərəkəti üçün Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Bu dəhliz Azərbaycan iqtisadiyyatına, xüsusilə regionların, marşrutun əsas hissəsini əhatə edən işğaldan azad edilmiş rayonların inkişafına müsbət təsir edəcək”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda bildirib.

“Bu dəhliz tranzit marşrutlar üçün mühüm qovşaq rolunu oynayacaq. Horadiz-Culfa dəmir yolunun bərpası Azərbaycan-İran-Türkiyə marşrutu üzrə də yeni imkanlar yaradır”, – o deyib.

Report