Millət vəkili Elxan Süleymanov Şamaxıda təhsil işçiləri və tələbələrlə görüşüb

Bakıda “ADEX-2018” sərgisi keçirilir
Vladimir Solovyov: Hiss edirdim ki, Prezident İlham Əliyev gün ərzində mətbuatı şəxsən izləyir
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb

Bu gün Şamaxının millət vəkili Elxan Süleymanovun tədris ilinin başlanması ərəfəsində rayon təhsil işçiləri və ali məktəblərə daxil olmuş məzunlarla görüşü keçirilib.  AZADİNFORM  xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev görüşün mahiyyəti barəsində tədbir iştirakçılarına məlumat verib.

Sonra Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova görüş iştirakçılarını salamlayaraq millət vəkilinin təşəbbüsü ilə keçirilən bu tədbirin əhəmiyyətini vurğulayıb.

Şamaxının millət vəkili Elxan Süleymanov rayon təhsilinin ənənələrindən danışıb, müəllimin missiyasının nə qədər böyük əhəmiyyət kəsb etməsini vurğulayıb. Millət vəkili çıxışında böyük ədiblərin yetişməsində müstəsna rol oynamış Şamaxı müəllimlərinin fəaliyyətinə yüksək qiymət verib. Elxan Süleymanovun sözlərinə görə tezliklə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Şamaxının millət vəkilinin qərargahı və “1905.az” portalının təşkilatçılığı ilə rayonda “Şamaxı soyqırımı” mövzusunda məktəblilər arasında inşa müsabiqəsinə start veriləcək. Müsabiqə qaliblərinin inşaları əsasında “1905.az studiyası” tərəfindən mini filmlər çəkiləcək.

Sonra Elxan Süleymanov cari ildə yüksək ballar toplayaraq ali məktəblərə qəbul olunmuş şamaxılı məzunlara təsis etdyi təqaüdləri, eləcə də hədiyyələri təqdim edib.

Millət vəkilinin təsis etdiyi fərdi təqaüdlərə layiq görülmüş tələbələr – Aytac İsmayılova, İlqar Eyyubov, millət vəkili tərəfindən övladının təhsil haqqı ödənilmiş Cəlal İsgəndərov, qocaman müəllim Ədalət Məmmədov millət vəkilinə minnətdarlıqlarını bildiriblər. Gənc müəllimə Röya Qurbanova və 48 il müəllimlik stajı olan Süleyman Zərbalıyev bu görüşün əhəmiyyətindən, o cümlədən qarşıdakı təhsil ilinin əsas vəzifələrindən danışıblar.

Filologiya elmləri doktoru, professor Nadir Abdullayev Şamaxı ədəbiyyatı ilə bağlı danışaraq dörd ildən bəri ardıcıl olaraq Şamaxıda millət vəkilinin təşəbbüsü ilə keçirilən M. Ə. Sabir yaradıcılığına həsr olunan Bədii Qiraət günlərinin həm böyük şairin gənc nəslə tanıdılması, həm də ədəbiyyat dərslərinin məzmununun zənginləşdirilməsi baxımından vacibliyini qeyd edib. Sabir qiraət müsabiqəsinin qalibləri  olan Ələkbər, Sənubər və İlahə böyük şairin şeirlərini söyləyiblər.

Tədbirdən sonra “1905.az” səyyar qalereyasının təqdim etdiyi “Məktəb zəngi” adlı sərginin açılışı olub. Ekspozisiyada Mirnaib Həsənoğlunun, İlqar Cəfərovun, Elnur Babayevin illər öncə lentə aldıqları fotolarla yanaşı, AzərTac-ın fotoları da nümayiş etdirilib. Bu fotolarda Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanda, məktəb yaşlı məcburi köçkünlərin vaxtilə hansı dözülməz şəraitdə təhsil almaları, həmçinin müasir Azərbaycanda məcburi köçkünlər üçün inşa edilmiş müasir məktəblərin imkanları əks olunub.