Milli Məclisin nümayəndə heyəti İƏT Parlament İttifaqının XVI Konfransında iştirak edir

ABŞ Dövlət katibi Antoni Blinken İlham Əliyevə zəng edib
“The Jerusalem Post”: Azərbaycan və EXPO-2025: daha yaxşı gələcəyə təminat verən iddialı layihə
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Dekabrın 9-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) XVI Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda ölkəmiz Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tərəfindən təmsil olunur.

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi etdiyi tədbirin builki mövzusu “Paylaşım, vicdan və İslam: Fələstin, miqrasiya və Əfqanıstan”dır.

Tədbir çərçivəsində quruma rəhbərlik Burkina-Fasodan Türkiyəyə keçəcək.

Konfransda İƏT Pİ-yə üzv 38-ə yaxın ölkənin nümayəndə heyətləri iştirak edir.

Milli Məclis sədrinin İƏT Pİ-nin 16-cı konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə təşkilat çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, parlamentlərarası əlaqələrin dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 11-də başa çatacaq.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı Ceyhun Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

AZƏRTAC