Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroya işgüzar səfər edib.

Bu barədə AZƏRTAC-a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək.

Milli Məclisin sədrinin sammitdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

AZƏRTAC