Milli Məclis 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat qəbul edib

Naxçıvanda Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib
E.M.Məmmədyarovun Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
XİN: Qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir

Milli Məclis 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanat Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında Milli Məclisin deputatı Azər Əmiraslanov tərəfindən səsləndirilib.

Bəyanatda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi və Azərbaycanın əldə etdiyi tarixi Qələbə barədə məlumatlar yer alıb. Həmçinin bəyanatda 2020-ci ilin noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması, 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatları nəticəsində respublikanın suverenliyinin tam təmin edilməsi, Qarabağda həyata keçirilən abadlıq-quruculuq işləri, bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamənin əhəmiyyəti və sair kimi məsələlər öz əksini tapıb.

Bəyanat səsə qoyularaq qəbul edilib.

AZƏRTAC