Azərbaycan Trampın Qəzza ilə bağlı sülh planını alqışlayır

Xocalı soyqırımının 26-cı ildönümü xarici mətbuatda geniş işıqlandırılıb
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib
Prezident işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhid olan jurnalistləri təltif etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsində münaqişəyə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayıb.

“Report” xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Paylaşımda qeyd edilib:

“Biz ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayırıq.

Davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir.

Əsirlər və girovların mübadiləsi, əhalinin humanitar ehtiyaclarının qarşılanması etimadın yaradılması və gərginliyin azaldılması yolu ilə uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün həyati əhəmiyyət kəsb edir.

Yalnız dialoq və xoşməramlılıq yolu ilə iki dövlətli həllin əsasını təşkil edən uzunmüddətli nizamlanmaya nail olmaq olar”.

https://x.com/AzerbaijanMFA/status/1972930767832371410?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1972930767832371410%7Ctwgr%5E2aefcdca677ed75a6fd1c16e1fd477935c3127c7%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fdiger%2Fazerbaycan-trampin-qezza-ile-bagli-sulh-planini-alqislayir

Report