Milli Məclisin İntizam komissiyasına yeni üzvlər seçildi – SİYAHI

Azərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb
DTX nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlar səsləndirənlərə xəbərdarlıq edib
Qayana Parlamentinin spikeri: İnsanlar həvəslidir, məntəqələrdə çoxsaylı seçici müşahidə olunur

Miilli Məclisin İntizam komissiyasına yeni üzvlər seçilib.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, komissiyanın tərkibinə deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Malik Həsənov, Sevinc Hüseynova, Fəzail İbrahimli, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Pərvin Kərimzadə, Hikmət Məmmədov, Səttar Möhbalıyev və Fazil Mustafa daxil edilir.

Bundən əvvəl isə komissiyanın tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxil idi.

Təklif səsə qoyularaq qəbul edilib.