Minalanmış ərazilərin xəritəsi məsələsi MDB PA-da qaldırılıb

Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Polis Günü münasibətilə paylaşım edilib
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib

“Zorakı ekstremizmə qarşı addımların mühüm istiqaməti silahlı münaqişələrin həllidir. Azərbaycan da ötən il torpaqlarını azad edərkən bu problemlə üzləşib. Yəni mövcud pandemiya dövründə bütün ölkələr çarə axtararaq birləşməyə çalışarkən Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribata əl atdı, yeni ərazilər ələ keçirməyə çalışdı. Münaqişə bölgəsinə dünyanın müxtəlif yerlərindən, əsas etibarilə Suriya, Livan, Avropa ölkələrindən erməni terrorçular axışırdı”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyası çərçivəsindəki iclasda deyib.

Azad edilmiş torpaqlarda minalanmış ərazilərin xəritəsinin hələ də təqdim olunmaması məsələsini qaldıran Milli Məclis sədri iştirakçı ölkələri bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırıb: “Hazırda minalardan təmizləmə işləri görülür və bu əsnada insanlar həlak olur. Ermənistan beynəlxalq hüquq çərçivəsində mükəlləfiyyətini yerinə yetirərək minalanmış ərazilər xəritəsini təqdim etsəydi, o insanlar ölməzdi. Məcbur olub bildirməliyəm ki, beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir”.

S.Qafarova 44 gün davam etmiş Vətən müharibəsi vaxtı Azərbaycanın işğalçıları layiqincə geri oturtduğunu xatırladıb: “Artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bu yerdə 10 noyabr sazişinin imzalanmasında iştirak etmiş Rusiyanın xüsusi rolunu vurğulamaq istərdim”.

Pandemiyanın ilk günlərindən Azərbaycanın koronavirusa qarşı mübarizənin ön sıralarında olduğunu diqqətə çatdıran Milli Məclis sədri daha sonra qeyd edib: “Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində maliyyə yardımı, 30-dan artıq ölkəyə COVID-19-a qarşı müxtəlif vasitələr şəklində humanitar yardımlar göstərib. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələsinə həsr olunmuş xüsusi sessiyası da keçirildi”.

Report