Minatəmizləmə fəaliyyətinin geniş miqyasda əks etdirilməsi məqsədilə sərgi təşkil olunub

Aİ XİNŞ “Şərq Tərəfdaşlığı” Proqramının 10 illik fəaliyyətini qiymətləndirəcək
Yunan mənbələrində Azərbaycan toponimləri – Muğan, Biçənək, Zod, Şəki, Şamaxı…
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) minatəmizləmə fəaliyyətinin geniş miqyasda əks etdirilməsi məqsədilə sərgi təşkil olunub.

“Report” xəbər verir ki, tədbirdə zirehli geyim dəstləri, mina detektoru, müxtəlif təlim sursatları və mina növləri nümayiş edilib.

Sərgidə işğaldan azad edilmiş ərazilərdə aşkarlanan minalar, partlayıcı qurğular və müxtəlif tipli silah-sursatlar haqqında məlumat verilib.

Tədbirdə ANAMA-nın Təlim və Keyfiyyətə Təminat Şöbəsinin baş mütəxəssisi Musa Məmmədov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək aparılan minatəmizləmə əməliyyatları zamanı ən çox tapılan PMN seriyasına aid piyada əleyhinə mina növüdür.

Report