Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər

XİN 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışı olub
Dövlət Əməyin Mühafizəsi Fondunun fəaliyyət istiqamətləri açıqlanıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şafer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onları müşaiyət edən vəzifəli şəxslər oktyabrın 16-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəliblər.

“Report” xəbər verir ki, diplomatlar Xankəndində Dağlıq Qarabağdakı erməni separatçı rejiminin rəhbəri Bako Saakyanla görüşüblər. 

Görüşdə münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların hazırkı vəziyyəti, qoşunların təmas xəttindəki durum müzakirə olunub. 

Həmsədrlər daha sonra Bakıya yola düşəcəklər.

Report.az