Moskvada “Kosmosun tədqiqində Kərim Kərimovun rolu” mövzusunda “dəyirmi masa” keçirilib

XİN: Ermənistan tərəfi anlamalıdır ki, işğalçı ölkə ilə 25 ildən artıqdır danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir
MDB ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının təliminə başlanıb

General Kərim Kərimov adına 1583 nömrəli Moskva Gimnaziya Kompleksində “Kosmosun tədqiqində Kərim Kərimovun rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə pilot-kosmonavt, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Aleksandr Viktorenko, Uçuşları İdarəetmə Mərkəzinin əməkdaşı, Əməkdar Kosmik Texnika Sınaqçısı Vladimir Makarov, kontr-admiral Vladimir Maslyuk, K.Kərimovun qardaşı qızı, tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun Avropa və Amerika Tədqiqatları Mərkəzinin aparıcı elmi işçisi Məryəm Kərimova, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev və başqaları iştirak ediblər.

Çıxış edənlər Azərbaycan alimi, artilleriya general-leytenantı, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri (1966-1991) Kərim Kərimovun sovet kosmik proqramının hazırlanmasındakı rolundan danışıblar. Qeyd edilib ki, bu görkəmli şəxsiyyət kosmosun fəthinə böyük töhfə verib. O, uzun illər ərzində sovet kosmonavtikasına rəhbərlik edib.

Sonda Kərim Kərimov haqqında sənədli filmlərdən fraqmentlər göstərilib.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva