Mövlud Çavuşoğlu: “Hər kəs Azərbaycanın sərhədlərinin toxunulmazlığına və onun ərazi bütövlüyünə hörmət göstərməlidir”

“Airbus” şirkəti ilə “Azərkosmos” arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Əsəd Təhləli ilə Gürcüstan azərbaycanlılarının etnik mədəniyyəti və məişəti (tarixi-etnoqrafik aspektlər) barədə söhbət- III Hissə
Beynəlxalq Türk Akademiyasının prezidenti Nizami Gəncəvi haqqında geniş məqalə qələmə alıb

“Biz Cənubi Qafqazın sabitlik və sülh bölgəsi olmasını istəyirik. Bundan da ən çox faydalanan Ermənistan və erməni xalqı olacaq. Çünki illərdir Ermənistan özünü təcrid edib, kənarlaşdırıb”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumundan əvvəl baş tutmuş brifinqdə deyib.

“Ermənistanın öz səhvləri səbəbindən qonşuları ilə əlaqələri yaxşı olmayıb. Ümid edirəm ki, Ermənistan bundan dərs çıxarar və bölgəyə sülh və sabitlik hakim olar. Əlbəttə, bu sülh və sabitlik şəraitində iqtisadi artım və rifah olacaq, vacib layihələr həyata keçiriləcək. Hazırda vacib layihələr – quru yollar, dəmir yolları, nəqliyyat, logistika, ticarət üzrə layihələr müzakirə olunur. Bir qədər öncə dediyim kimi, bundan ən çox Ermənistan faydalanacaq, hamımız faydalanacağıq”, – XİN başçısı əlavə edib.

O vurğulayıb ki, Azərbaycan Ordusu 44 günlük müharibədən sonra öz torpaqlarını azad edib: “Hər kəs Azərbaycanın sərhədlərinin toxunulmazlığına və onun ərazi bütövlüyünə hörmət göstərməlidir. Uzun illər Azərbaycan bu məsələnin diplomatiya yolu ilə həlli üçün səbr edib. Amma təəssüflər olsun ki, bu məqsədlə başladılan təşəbbüslərin heç biri Azərbaycan torpaqlarının azad edilməsi üçün yetərli olmayıb. Əlbəttə, Azərbaycanın səbri sonsuz deyil və lazım olan edildi. Azərbaycan torpaqlarını azad etdi”.