MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan sərgi açılıb
Bakıda “Milli mənəvi dəyərlərimizin təbliği: dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilir
COP29 beynəlxalq münasibətlərin inkişafı prosesində – elmi konfrans

Bazar günü Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən parlament seçkiləri ilə bağlı Komissiyaya daxil olan müraciətlərə baxıb. Müraciətlərdə seçkilərin keçirilməsi zamanı pozuntuların olması ilə bağlı narazılıq olub. MSK üzvləri bu şikayətlərin dairə seçki komissiyalarına təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul ediblər.
Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.
Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib./Trend/