“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu”

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
2022-ci ildə kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq
AVCİYA Naftalan və Yevlaxda seminarlar keçirdi

“1905.az kitabı” seriyasından yeni kitab nəşr edilib

“1905.az kitabı” seriyasından yeni kitab – “Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” kitabı işıq üzü görüb.

Tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun tərtibçiliyi, ön sözü və şərhləri ilə nəşr edilən kitabda Məhəmmədəmin Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə Türkiyədə yaşadığı dövrdə yazdığı məktublar toplanıb. Azərbaycan mühacirəti tarixinin öyrənilməsi üçün qiymətli mənbə rolunu oynayan məktublar 1950-1955-ci illəri əhatə edir. Kitabda həmçinin M.Rəsulzadənin və S.Təkinərin ayrı-ayrı illərə dair çıxışları, məqalələri və fotoşəkilləri yer alıb.
“1905.az kitabı” seriyasının ideya müəllifi və naşiri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov, seriyanın tərtibçisi siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayevdir.

Musavat.com