QHT-lər Azərbaycan ədəbi dilinin qaydalarına ciddi riayət etməyə çağırılıb

Ağdamdakı quruculuq və abadlıq işləri
AVCİYA seçkiərəfəsi beynəlxalq təşkilatların rəy və tövsiyələri ilə bağlı kitab nəşr etdi
Məcburi köçkünlərin Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə köçürülməsi prosesinə başlanılıb

Bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsini icra etdik. Layihədə Qərbi Azərbaycanla bağlı materiallar da təhlil olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə söyləyib.

O, QHT-ləri Azərbaycan ədəbi dilinin qaydalarına ciddi riayət etməyə çağırıb. “Təəssüf ki, müxtəlif dövrlərdə dövlət qeydiyyatına alınmış bəzi QHT-lərin adlarında orfoqrafik səhvlərə, hətta ifadə, işarə səhvlərinə yol verilib, təşkilatların bir çoxunun adları bir-birinə bənzəyir, onları fərqləndirmək bəzən çətin olur. Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin aparılması üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin. Bu da ana dilinin qorunmasına özünəməxsus töhfə, həm də yaxşı nümunə olar”, – deyə QHT sədri bildirib.

AZƏRTAC