“Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və hüquqi yardıma ehtiyacı olan ailələri üçün psixoloji “xidmət mərkəzi”nin fəaliyyətinin davamlılığının təmin edilməsi” layihəsinin icrası yekunlaşmaq üzrədir

Beynəlxalq müşahidəçi: “Seçki texniki cəhətdən yaxşı təşkil olunub”
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu
Ceyhun Bayramov: Azərbaycana ona qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
“İnsan Hüquqları XXI Əsr-Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və hüquqi yardıma ehtiyacı olan ailələri üçün psixoloji “xidmət mərkəzi”nin fəaliyyətinin davamlılığının təmin edilməsi” layihəsinin icrasını yekunlaşdırmaq üzrədir. Layihənin əsas məqsədi Bakı şəhərinin rayonlarında yaşayan müharibədə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması məqsədi ilə onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin etmək üçün hüquqi məsləhətlərin verilməsi və hüquqi yardımların göstərilməsi sahəsində tədbirlər görmək, müharibədə itkin düşmüş şəxslərin ailələrini effektiv və pulsuz hüquqi yardımla təmin etməkdən ibarətdir.

Layihə çərçivəsində 200-ə yaxın itkin düşmüş şəxsin ailə üzvünə hüquqi məsləhətin və hüquqi yardımın göstərilməsi (qrup görüşləri, fərdi ev və ofis görüşləri və “qaynar xətt” vasitəsi ilə) nəzərdə tutulmuşdur. Lakin görüş iştirakçılarının ümumi sayı  nəzərdə tutulandan artıq olmuşdur. Yəni layihə çərçivəsində təşkil olunan qrup görüşlərindən ümumilikdə 228 nəfər faydalanmışdır. 228 nəfər iştirakçısının 163-nü qadın, 65-ni isə kişi iştirakçılar təşkil edirdi. Bundan başqa, layihə müddətində fəaliyyət göstərən “Qaynar Xətt” xidməti vasitəsilə aprel-avqust ayları ərzində ümumilikdə 94 ailəyə qaynar xətt vasitəsilə hüquqi və psixoloji yardımlar göstərilmiş və 145 ailənin problemləri araşdırılmışdır. Fondun hüquqşünasları tərəfindən Müharibədə itkin düşmüş şəxslərin hüquqi yardıma ehtiyacı olan ailə üzvləri ilə qrup, fərdi ofis və ev görüşləri təşkil edilmiş, onlara “Qaynar xətt” vasitəsi ilə hüquqi məsləhətlər verilmiş və onların müxtəlif hüquqi problemləri həll edilmişdir. Bundan başqa, layihə çərçivəsində şəhərin müxtəlif teatrlarında təşkil etdiyimiz görüşlər nəticəsində ümumilikdə 35 ailə üzvi görüşlərdən faydalanmışdır. Beləki, teatrlarda təşkil etdiyimiz görüşlər itkin ailələrinin və uşaqlarının bir-birlərini tanımasına və onların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmışdır.
Qeyd edək ki, təşkilatımızda itkin düşmüş şəxslər və onların Bakı şəhərində yaşayan ailələri ilə bağlı baza formalaşmışdır. “İnsan Hüquqları XXI Əsr-Azərbaycan” Fondu sözügedən layihəni gələcəkdə də davam etdirmək fikrindədir.