Müşahidəçilər üçün seminarlar başa çatdı

Yanvarın 20-də Şəhidlər xiyabanını, şəhidlərin xatirə komplekslərini yüz minlərlə insan ziyarət edib
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib
Azərbaycan yolları keyfiyyətinə görə dünyada 36-cı oldu

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla bağlı Uzunmüddətli Müşahidəsini həyata keçirir.

Assosiasiya referendum günü 65 DSK üzrə 3000 müşahidəçi ilə monitorinq prosesini həyata keçirəcək. Buna görə assosiasiya 26 avqustdan başlayaraq ölkə üzrə müşahidəçilər üçün seminarlar keçirib. Regionlarda seminarlar başa çatdıqdan sonra Ambasador otelin konfrans zalında BakıAbşeron və Sumqayıt müçahidəçiləri üçün seminarlar keçirilib.

Seminarlarda AVCİYA Seçki Qərargahının rəhbəri,t.ü.f.d.,dos.Məhərrəm Zülfüqarlı çıxış edərək assosiasiyanın seçkilərin və referendumların ölkə üzrə müşahidəsi sahəsində qazandığı təcrübə barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra Azərbaycan Respublikasında referendum qabağı mövcud ictimai-siyasi vəziyyət və ölkə üzrə keçirilmiş referendumlar barədə də tədbir iştirakçıları məlumatlandırılıb. Seçki qərargahının rəhbəri həmçinin referendum günü müşahidəçilərin hüquq və vəzifələrini onlara izah edib. Tədbirlərin sonunda müşahidəçilərin sualları cavablandırılıb.

Tədbirlərdə AVCİYA Seçki Qərargahının əməkdaşları Cavid Camalov, Günel Gərayeva, Ayxan Yaqub, AVCİYA-nın regional nümayəndəliklərinin rəhbərləri və rayon koordinatorları iştirak ediblər.

//azvision.az