Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirakı ilə Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar İçərişəhərdə infotur təşkil edilib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
GİSDİ Azərbaycanda prezident seçkilərinə dair Aralıq Hesabatı təqdim edib

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

Sonra dövlətimizin başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.

Yerli vaxtla saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Təməlqoyma mərasimindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.

Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərindən fasiləsiz fit səsi verildi, toplardan yaylım atəşi açıldı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

AZƏRTAC