Nazir: Prezidentin sərəncamı Nəsiminin yaradıcılığını yenidən təhlil etmək üçün fürsət yaradıb

Sankt-Peterburqda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılıb və Üzeyir Hacıbəylinin abidəsinin təməl daşı qoyulub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar
Millət vəkili Elxan Süleymanovun kitabları müsabiqənin qalibi elan olunub

 

Prezident İlham Əliyevin “Nəsimi İli” ilə əlaqədar sərəncamı bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaradıb.

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi:

“O vaxt Nəsimiyə heykəl də qoyuldu. Müəllifi Tokay Məmmədov olan həmin heykəl bu gün şəhərimizin ən gözəl yerlərindən birində ucalır. Eyni zamanda böyük mütəfəkkirə həsr olunan film də çəkildi, elmi tədqiqatlar aparıldı, kitablar çap edildi”.

Nazir vurğulayıb ki, ötən illər ərzində Nəsiminin adı nəinki ölkə daxilində, hətta dünya miqyasında uca tutulub, dünya ictimaiyyəti də onun yaradıcılığı ilə tanış olub:

2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi – poeziya, sənət və mənəviyyat festivalı keçirilib. Festival çərçivəsində ölkəmizdə çoxsaylı ölkələrdən ədiblər, alimlər və tədqiqatçılar iştirak edirdi. Bu festival Nəsimi irsinin öyrənilməsi və dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin də təbliğinə yeni imkanlar açdı. “Nəsimi İli” xalqımızın mənəviyyatı və mədəniyyəti ilə birbaşa əlaqəlidir. Biz bu il üçün tədbirlər planı hazırlamışıq. İlk addımı buradan başlayırıq”.

Ə.Qarayev bu il həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlərin, sərgilərin, ədəbi-bədii axşamların təşkili, kitabların nəşrinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.