Niderland sənədsiz miqrantları Uqandaya deportasiya etmək istəyir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Türkiyə Müdafiə Nazirliyi: C130 hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub
Mərkəzi Seçki Komissiyası YAP tərəfindən Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin namizədliyini təsdiq edib

Niderlandda sığınacaq verilməyən miqrantların Uqandaya göndərilməsi məqsədilə bu ölkədə tranzit mərkəzinin yaradılmasını nəzərdə tutan pilot layihə 2026-cı ildə işə salına bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Niderlandın miqrasiya və sığınacaq məsələləri üzrə naziri, xarici işlər naziri David van Vil “The Financial Times” qəzetinə müsahibəsində deyib. Nazirin sözlərinə görə, hazırda ölkədə sığınacaqların verilməsi üzrə sistem mövcud olsa da, çox sayda insan hüquqi əsasları olmadığı halda, ölkədə qalmağa davam edir. Sığınacaq verilməyən şəxs könüllü şəkildə ölkədən çıxmasa, Uqandaya deportasiya ediləcək.

Tranzit mərkəzinə Afrika regionundan və Uqanda ilə qonşu ölkələrdən gəlmiş şəxslərin göndəriləcəyi nəzərdə tutulub.

David van Vil vurğulayıb ki, bu təşəbbüs ABŞ-ın həmin ölkə ilə bağladığı oxşar sazişdən əsaslı şəkildə fərqlənir. Belə ki, layihədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı iştirak edəcək və mərkəzin fəaliyyəti monitorinq altında olacaq.

Uqandanın Xarici İşlər Nazirliyi isə öz növbəsində ölkəsinin yalnız məhkumluğu olmayan, siyasi hərəkatlarda iştirak etməyən və Afrika mənşəli şəxsləri qəbul etməyə hazır olduğunu vurğulayıb.

AZƏRTAC