Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib

Prezident İlham Əliyev Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi-Ağrı Divarı” abidəsini ziyarət edib
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Müdafiə Nazirliyi: Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu köçlə Təzəbinə kəndinə qayıdan ailələrin sayı 126-ya (567 nəfər) çatıb.

Report