Obamanın seçki kampaniyasının rəhbəri Devid Plaff AVCİYA-nın dəvətilə Bakıda səfərdə olacaq

Qarabağ abidələri: Həsrətin bitdiyi Xudafərin
“İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində ikinci dəyirmi masa keçirilib
Ağ Evin saytında açılmış petisiya ilə bağlı Dillər Universitetində görüş keçirilib

Amerika Birləşmiş Ştatlarının prezidenti, Barak Hüseyn Obamanın seçki kampaniyasının rəhbəri Devid Plaff Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəvətilə 8-10 fevral tarixlərində Bakıda səfərdə olacaq. O, fevral ayının 9 müasir informasiya texnologiyasının seçki kampaniyalarına inteqrasiyası mövzusunda Qərb Universitetində mühazirə ilə çıxış edəcəkdir. Plaff İnternet vasitəsi ilə kampaniyaların dizaynı və tətbiqi, dəqiq nəticələr üçün doğru metodlardan danışacaqdır. Bundan başqa, cənab Devid Plaffın Prezident Aparatı və Milli Məclisdə də görüşləri nəzərdə tutulub. Obamanın Prezident Kampaniyasının rəhbəri olan Devid Plaff əsas seçki kampaniyalarını dəstəkləmək və inkişaf etdirmək üçün internetdən istifadə etmək üzrə dünya lideri olaraq tanınmış və qəbul edilmişdir. Noyabrın 4-ü, qələbədən sonra seçilmiş prezident Obama prezident kimi ilk çıxışında Plaffı belə qiymətləndirmişdir: «düşünürəm ki, bu kampaniyanın görünməyən qəhrəmanı Amerika Birləşmiş Ştatlarının tarixində ən yaxşı kampaniyanı həyata keçirdi».

AVCİYA Mətbuat Xidməti