Operativ Qərargah: Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib
Azərbaycan nümayəndə heyəti Vladiqafqazda Muxtarov məscidinin açılışında və konfransda iştirak edib
Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.