Ötən il 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib

Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilib
Sankt-Peterburqda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılıb və Üzeyir Hacıbəylinin abidəsinin təməl daşı qoyulub

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 10 102 müraciət araşdırılaraq cavablandırılıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, vətəndaşlar əsasən emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və s. sahələrdə əmək münasibətləri ilə bağlı müraciət ediblər.

Müraciətlərin araşdırılması zamanı 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib. Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb, həmçinin işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.

Report