Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi müzakirə edilib

Prezident və birinci xanım Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Türk Şurasının Zirvə görüşünün koronavirusa həsr olunması böyük hadisədir
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan müxtəlif etnik köklərə və dinlərə malik insanların hər zaman sülh və harmoniyada yaşadığı torpaq kimi tanınıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Bu barədə “Report” Özbəkistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir.

S.Qafarova Özbəkistan liderinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

Görüşdə Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndirilməsinin aktual məsələləri müzakirə edilib. İqtisadi Əməkdaşlıq İli çərçivəsində birgə həyata keçirilən səmərəli iş qeyd olunub. Bildirilib ki, ticarət dövriyyəsinin həcmi artır, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq layihələri aktiv fazadadır.

Bundan əlavə, mütəmadi olaraq mədəni-humanitar tədbirlər keçirilir.

Tərəflər razılaşmaların icrasına nəzarət və yüksək səviyyəli gələcək sammitlər üçün yeni təkliflərin hazırlanması məqsədilə parlamentlər xətti ilə sıx qarşılıqlı fəaliyyətin və aktiv mübadilələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Report