Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Dünya Bankının dəstəyi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

İşsiz kimi qeydiyyatda olan şəhid ailəsinin üzvləri, müharibə əlilləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər həmin layihədə iştirak etməklə Dünya Bankının dəstəyi ilə öz kiçik bizneslərini qura biləcəklər. Beş il ərzində ümumilikdə 22 min işsiz şəxsi əhatə edəcək “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bu il 6 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

AZƏRTAC