DİN vətəndaşlara çağırış edib

AŞPA-da Ermənistan üzrə həmməruzəçi: Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
Sabah Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda forum işə başlayacaq

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir. Kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamandan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20 min, 17 min, 16 min, 15 min, 7 min 800, 4 min 650, 2 min 538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlik bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir. “Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – deyə DİN-in vətəndaşlara çağırışında deyilir.

AZƏRTAC