Pandemiya dövründə qan donoru olmaq üçün tələblər açıqlanıb

Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib
Prezident İlham Əliyev: “Mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub”
Prezident İlham Əliyev: “Bu gün mən burada olmalı idim, Müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi”

Milli Hematologiya və Transfuziologiya Mərkəzi koronavirus pandemiyası dövründə qan donoru olmaq istəyənlər üçün tələbləri açıqlayıb.

APA-nın e-tibb.az-a istinadən verdiyi xəbərə görə, Mərkəzin məlumatında bildirilir ki, koronavirus infeksiyası olan riskli bölgəyə baş çəkənlər Azərbaycana qayıtdıqdan 4 həftə sonra qan verə bilərlər. Məlumatda daha sonra deyilir: “Öskürək, hərarət və ya kəskin respirator (tənəffüs) simptomları müşahidə olunan şəxslər sağalandan sonra qan donoru olmaq üçün 28 gün gözləməlidirlər.

Ev izolyasiyası olunmuş şəxslə təmasda olmusunuzsa (əgər həmin şəxsdə öskürək, hərarət və nəfəs problemi yoxdursa) müvafiq müayinələrdən sonra qan donoru ola bilərsiniz. Lakin təmas haqqında məlumat verin.

İzolyasiya olunmuş, kəskin respirator (tənəffüs) infeksiya simptomları olan və koronavirus testi pozitiv olan biri ilə təmasda olmusunuzsa, həmin şəxsin simptomlarının aradan qaldırılmasından 4 həftə sonra qan verə bilərsiniz.

İzolyasiya olunmuş, kəskin respirator (tənəffüs) infeksiya simptomları olan koronavirus testi neqativ olan biri ilə təmasda olmusunuzsa, həmin şəxsin simptomlarının aradan qaldırılmasından 14 gün sonra qan verə bilərsiniz.

Səyahət edən şəxslər 28 gün sonra təkrar donor ola bilərlər”.

apa.az