Dağlıq Qarabağla bağlı petisiya layihəsi çərçivəsində Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş olub

PRESS RELİZ
“Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına və hüquqlarının müdafiəsinə ictimai dəstək” layihəsinin icrası başa çatıb
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Sumqayıtda seminar keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Barak Obamaadministrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı  “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüb.

APA-nın məlumatına görə, akademiyanın rektoru Urxan Ələkbərov “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə”  petisiya layihəsinin əhəmiyyətindən, AVCİYA rəhbərliyinin beynəlxalq fəaliyyətindən danışıb.

AVCİYA-nın sədri, millət vəkili Elxan Süleymanov bildirib ki, Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyada imzaların sayı 100 mini keçib: “Bu, bizim üçün böyük uğurdur. Bizim çağırışımıza qoşulan, dəstək olan bütün həmvətənlərimə təşəkkürümü bildirirəm. Dövlət İdarəçilik Akademiyası Azərbaycanın ictimai-siyasi idarəçiliyində öz yeri olan əhəmiyyətli təhsil olacaqlarından biridir. Bu akademiyada təhsil alan hər kəsi fəal olmağa, səsimizə səs verməyə çağırıram”.

Assosiasiya sədri bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş  Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.

Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.