Press Reliz – AVCIYA

AVCİYA yeni layihəyə başlayır
Seçkilərin şəffaflığında “exit-poll” və müşahidənin rolu
ATƏT rəsmisi AVCİYA Seçki Qərargahının rəhbəri ilə görüşüb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə münasibətləri sahəsində gənclərin psixoloji və hüquqi maarifləndirilməsi” layihəsinin icrasına uğurlu yekun vurmuşdur. Layihənin əsas məqsədi ailə qurmağa hazırlaşan gənclərə bu sahədə psixoloji dəstək verilməsi, ailə hüququ sahəsində gənclərin maarifləndirilməsi, ailənin dayaqlarının möhkəmlənməsində nikah müqaviləsinin rolunu, əhəmiyyətini göstərmək, ailə qurmazdan əvvəl tərəflərin nikah müqaviləsi bağlamasının vacibliyini təbliğ etmək olmuşdur.

Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən nikah yaşı 18 yaş müəyyən olunduğuna görə layihənin əsas hədəf auditoriyası gənclərdən ibarət olmuşdur. Bu məqsədlə layihə çərçivəsində yaşı 18-dən yuxarı olan 3 qrupdan ibarət 30 gənc cəlb olunmuşdur. Təlim iştirakçılarının seçimi zamanı üstünlük ailə qurmağa hazırlaşan və ailə həyatının əsas risk dövrü sayılan yeni nikaha daxil olmuş gənclərə verilirdi. Layihə çərçivəsində hər 3 qrupa psixoloji və hüquqi hissə olmaqla 10 təlim keçirilmişdir.

Təlim çərçivəsində təlim iştirakçılarına Nikahın bağlanma qaydası və şərtləri, Nikaha xitam verilməsi, Ər-arvadın hüquq və vəzifələri, Uşaq hüquqları, Nikah müqaviləsi və onun məzmunu, habelə ailə quranın seçim kriteriyaları, ailə həyatındakı mərhələlər, konfliktlər və onların aradan qaldırılması, münasibətləri necə saxlamaq olar, ailədə maddi durumun psixoloji mühitə təsiri, uşağın tərbiyəsi kimi mövzular haqqında geniş məlumatlar verilmiş, hüquqi kazuslar işlənilmiş və psixoloji testlər keçirilmişdir. Bundan əlavə, ehtiyacı olan gənclərlə hüquqi və psixoloji sahədə fərdi görüşlər keçirərək müvafiq məsləhətlər verilmişdir.

Mətbuat Xidməti

Newer Post