Press-reliz

Prezidentin köməkçisi: Təcrübəmiz göstərir ki, məhz sülh olduğu şəraitdə mədəniyyətin inkişafından da danışmaq olar
Sabirabadda Bayraq Muzeyi istifadəyə verilib
“KarabakhİNFO.com” və 1905.az arasında görüş keçirilib

Siyasi Texnologiyalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılmasına dəstək” layihəsini yekunlaşdırmışdır. Layihə çərçivəsində müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iki günlük təlim həyata keçirilmişdir. Təlimin həyata keçirilməsində əsas məqsəd vətəndaşların ərizə, şikayət və sorğularına baxılması qaydaları ilə bağlı yaranan problemlərin müzakirə olunması, bu sahədə yerli və beynəlxalq qanunvericiliyin tələblərinin ətraflı təhlil olunması və dövlət qurumlarının ictimaiyyətlə əlaqə və vətəndaşların müraciətlərinə baxılmasına aid bölmələrində çalışan əməkdaşlarının bu sahədə məsuliyyətlərinin artırılmasından ibarət olmuşdur.

Keçirilən təlimlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və bir sıra nazirliklərin,eləcə də Nərimanov, Nizami, Sabunçu və digər Rayon İcra Hakimiyyətlərinin müvafiq şöbə üzrə əməkdaşları cəlb edilmiş,vətəndaşların müraciətlərinə baxılması, onların vaxtında cavablandırılması və ya aidiyyatı üzrə istiqamətləndirilməsində fikir mübadiləsi aparılmış, müxtəlif təkliflər irəli sürülmüşdür.

Layihənin yekununda Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov layihənin effektivliyindən bəhs edərək gələcəkdə bütün dövlət qurumlarının əməkdaşlarının bu səpkidə təlimlərə cəlb edilməsinin vacibliyini vurğulayaraq bu sahədə yaranan nöqsanların öz müsbət həllini tapacağına inandığını bildirmiş, həmçinin, layihə çərçivəsində çap edilmiş vətəndaşların müraciətlərinə baxılma qaydalarına dair məlumat kitabı iştirakçılara təqdim edilmişdir.

Mətbuat xidməti