Prezident: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik

Son üç ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin siyahısına 82 nəfər əlavə edilib
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə keçirilən III MDB Oyunlarının təntənəli açılış mərasimini izləyiblər
Bu gün Zəngilan Şəhəri Günüdür

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

AZƏRTAC Prezident İlham Əliyevin müsahibəsindən bəzi məqamları təqdim edir:

“Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz müvəqqəti olaraq Dağlıq Qarabağı itirdik”.

“Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.

“Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu barədə kifayət qədər tarixi sənədlər var. Biz heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”