Prezident Ərdoğan Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli görüşünün iştirakçılarını qəbul edib

İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyevin Azərbaycan qadınlarının VI qurultayının iştirakçılarına  məktubu
Bakı UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 29-da Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün iştirakçılarını qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, Özbəkistan tərəfindən xarici işlər naziri Baxtiyor Saidov, investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov və nəqliyyat naziri İlhom Maxkamov iştirak ediblər.

Türkiyə tərəfindən isə görüşə xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç qatılıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara