Prezident İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib

İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib
Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
Ötən il 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.

Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Bu istirahət məkanındakı şərait – mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin öz zövqünə uyğun istirahət etmələri üçün imkanlar yaradır. Hazırda parkın ərazisində inşa edilən “Buta” Azərbaycanı Təbliğ Evinin tikintisi yekunlaşmaq üzrədir.