Prezident İlham Əliyev: BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır

Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını erməni diasporuna ötürüb
Dünyada COVID-19 səbəbindən ölənlərin sayı 5 milyon nəfəri keçib
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində təşkilatın qlobal çağırışlara qarşı mübarizəsini, dünya ictimaiyyətini narahat edən məsələlərdə fəal mövqeyini dəstəkləyir və bu işə öz töhfəsini verməyə davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə bu vəzifəyə yenidən seçilməsi münasibətilə təbrikində yer alır.

Təbrik məktubunda Antonio Quterreşin qarşıdakı fəaliyyətinin bundan sonra da dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasında, beynəlxalq əməkdaşlığın təşviqində BMT-nin mühüm alət olaraq rolunun güclənməsinə xidmət edəcəyinə əminlik ifadə olunur.

AZƏRTAC