Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar

Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir
“Yaşayış binaları. Layihələndirmə normaları”na əsasən yaşayış binaları ilə bağlı yeni qadağalar nəzərdə tutulur
Abituriyentlərdən COVID-19 pasportu tələb olunmayacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış oldular, çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət ediblər.

Sonra dövlət başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun ailələri üçün tikilən yeni evlərdə yaradılan şəraitlə tanış oldular, ev sahibləri ilə söhbət ediblər.