Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti: Azərbaycan 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini özü icra edib
Dubayda Azərbaycan Ticarət Evi açılıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm.

Biz COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik.

BƏƏ-də COP28-in yüksək səviyyədə təşkil edilməsinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana minnətdarlığımı bildirir və iqlimlə bağlı birgə tədbirlərimizi davam etdirməyimizi səbirsizliklə gözləyirəm”.