Prezident Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Sərəncam imzalayıb

“Bələdiyyələrin 10 illik fəaliyyəti: yaranması və inkişaf problemləri” mövzusunda Dəyirmi Masa keçiriləcək
Bu gündən I-IV siniflərin ənənəvi formada yeni dərs ili başlayır
Saat 10.30-a olan məlumata görə, elektron səsvermədə 2700 nəfər iştirak edib

Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncam Azərbaycanda multikulturalizm ənənələrinin daha geniş təbliğ olunması məqsədilə imzalanıb.

Sərəncama əsasən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu ildə fəaliyyətinin təmin olunması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800 min manat ayrılıb.

Sərəncamda deyilir ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ötən dövr ərzində Azərbaycan Respublikasında multikulturalizm ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.