Prezident və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Sadiq Əliyev: Azad olunan ərazilərdə əhalinin məşğulluq səviyyəsi 92 %-in üzərindədir
Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

Sentyabrın 27-də – Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

AZƏRTAC