Prezidentin köməkçisi: Təcrübəmiz göstərir ki, məhz sülh olduğu şəraitdə mədəniyyətin inkişafından da danışmaq olar

Azərbaycan əhalisinin sayı açıqlanıb
“Yandex”də erməni təxribatının qarşısı alınıb
İsveçrə Kantonlar Şurasının prezidenti Azərbaycana rəsmi səfər edəcək

Azərbaycan dövlətinin sülhpərvər siyasətinə uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən sülh mədəniyyət naminə konsepsiyanı irəli sürülüb. Vaxtilə UNESCO çərçivəsində və digər təsisatlarda mədəniyyət sülh naminə konsepsiyalar irəli sürülsə də, Azərbaycanın acı təcrübəsi, yəni, işğal və Ermənistanın təcavüzü ilə assosiasiya olunmuş təcrübəmiz göstərir ki, məhz sülh olduğu şəraitdə mədəniyyətin inkişafından da danışmaq olar. Otuz illik işğal dövründə Azərbaycanın mədəniyyət abidələrinin, Qarabağda mədəni izimizin və irsimizin dağıdılması, vəhşicəsinə talan edilməsi bunun bariz nümunəsidir. Ona görə də bu gün regionda sülh təmin olunandan sonra Prezident İlham Əliyevin və Azərbaycan Hökumətinin atdığı ilk addımlardan biri Qarabağda mədəniyyətin yenidən çiçəklənməsi, inkişaf üçün yeni şəraitin yaradılmasından ibarət oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu xüsusda Şuşa şəhərində keçirilmiş “Xarıbülbül” festivalını və digər mədəniyyət tədbirlərini qeyd edə bilərik. Ona görə ədaləti sülh olduğu yerdə mədəniyyətin inkişafı üçün də zəruri şərtlər formalaşmış olur. Hesab edirik ki, bu uğurlu konsepsiya dünya miqyasında sülhün inkişafına böyük töhfə verəcək. Azərbaycanın təşəbbüskarı olduğu “Bakı Prosesi” sivilizasiyalar və mədəniyyətlərarası dialoq konsepsiyalarına uyğun olaraq digər çərçivələrdə də regional və qlobal səviyyədə sülhün, ədalətin möhkəmlənməsinə mühüm töhfələrini verəcək”, – deyə Prezidentin köməkçisi qeyd edib.

AZƏRTAC