Prezidentin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə yeni səlahiyyətlərin verilməsi haqda Fərmanı

Saat 12.00-dək respublika üzrə 1 milyon 457 min 776 seçici səs verib
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri qlobal liderləri Trampı yola gətirməyə çağırıb
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

“Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 322) aşağıdakı məzmunda 8.1-1-ci bənd əlavə edilsin:

“8.1-1. bu Fərmanın 7.2-ci və 7.3-cü bəndləri icra olunanadək, qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsinin müvəqqəti qaydasını, qrant məbləğinin müəyyən edilməsinin müvəqqəti meyarlarını və hər mövzu üzrə qrant məbləğinin yuxarı həddini, habelə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılmasının müvəqqəti qaydasını təsdiq etsin;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2021-ci il