Problemli sistemə siyasi dəstək

“ELS” və AVCİYA “exit-poll” və “quik-count” tədqiqatlarını keçirməyə tam hazırdır
AVCİYA-nın 2022 – Şuşa ilinə dəyərli töhfəsi: Assosiasiya Şuşa layihələri çərçivəsində dördcildlik monoqrafik toplu hazırlayaraq dərc etmişdir
“GÖYÇAY ENSİKLOPEDİYASI” HAZIRLANIR

Bələdiyyə seşkilərinə maraq gələcək inkişafdan xəbər verir? Ötən onillik döyrü müqayisə etsək körərik ki, bələdiyyə seçkilərinə, ümumiyyətlə bələdiyyələrin fəaliyyətinə maraq aşağı səviyyədədir. Ümumilikdə götürdükdə isə bu struktura ictimai maraq sıfır həddindədir desək bəlkə də yanılmarıq. 1999-cu ildə bir yerə 1,2; 2004-cü ildə bir yerə 1,5; hazırda isə 1718 bələdiyyəyə 15 682 yerə 31 min 861 namizəd qeydə alınıb. Demək dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 31 min 861 namizəd iştirak edəcəkdir ki, bu da bir yerə iki namizəd deməkdir. Nəzərə alsaq ki, qeyd olunan rəqəm bəzi bələdiyyələr üzrə 4-ə çatsada, əksər bələdiyyələrdə bir yerə 1,5 namizəd qeydə alınıb. Söz yox ki, əvvəlki illərlə müqayisədə bələdiyyələrə ictimai maraq cüzi də olsa artıb. Ancaq bu hələ nə bələdiyyələri cəmiyyət tərəfindən tam tanınması, nə də onlara fəaliyyət üçün geniş meydan verilməsi demək deyildir. …
Bununla yanaşı qeyd edilməlıdir ki, Bakıda fəaliyyət göstərən 51 bələdiyyə sədrinin 28 faizi, üzvlərin isə 37 % yenidən namizədliyini irəli sürməyib. Bu faktin özudə diqqəti çəkən məqamdan xəbər verir.
Hər halda biz istəyiriksə Azərbaycan bələdiyyəsi inkişaf etsin, müəyyən mənada fəaliyyəti formal xarakter daşımasın və Avropa standartına cavab versin, onda onun inkişafına maneə yaradan amillərin aradan qaldırılmasına çalışmalıyıq.
1. Bakı və Gəncə şəhərlərində vahid bələdiyyənin yaradılması reallaşdırılmalıdır. Əgər biz Avrora xartiyasının müəyyən tələbələrini yerinə yerimişiksə, demək həm özümüzə, həm də hüququ sənədə hörmətlə yanaşmalıyıq. Bu prosesi belə bir həssas durumda problemə fikrimizcə çevirməməliyik. Maraqlı görünən odur ki, icra struktuları üzərlərinə düşən məsuliyyət yükünün bir hissəsinin bələdiyyələrə verməkdən çəkinirlər. Düşünürük kü, Azərbaycan cəmiyyəti buna hazırdır. Bununla bağlı ideoloji iş düzgün qurulduğu halda onun səmərəsini tezliklə görmək olar. Digər tərəfdən büdcə vəsaitlərinin israfçılığının qarşısı alınar. Belə ki, hazırda Bakının 11, Gəncənin iki rayonunun saxlanmasına külli miqdarda büdcə vəsaitin ayrılmasına da ehtiyac qalmaz. Bununla yanaşı mənzil kommunal xidmət təsərrüfatının saxlanmsı nə qədər vəsait aparır və bununla yanaşı əhalidən göstərilməyən xidmətin haqları yığılır. Burada isə şəffaflıq tamamilə təmin olunmur. Demək bu vəsaitə də qənaət etmiş olarıq.
2. Qanunvericilik baxımından paralelliyin aradan qaldırılması bələdiyyələrin inkişafı istiqamətində atılacaq müsbət addımlardan sayıla bilən addımlardandır. Yerlərlərdə həm icra hakimiyyəti başçısının nümayəndəsinin, həm də bələdiyyənin olması təkrarçılıqdan başqa bir şey deyil. Bunun üçün qanunvericilik baxımından konkret səlahiyyət bölgüsünün olması daha düzgün addım olardı.
3. Qanunvericiliklə verilimiş səlahiyyətlərin ekspertizasının təşlkili, yəni mövcud maliyyə istiqamətlərindən istifadə vəziyyətinin yoxlanılması və, o cümlədən digər səlahiyyətlərin verilməsi, yəqinki bələdiyyələrin maliyyə vəziyyətinə bundan sonra müsbət təsir edəcək.
İlk öncə qeyd etmək yerinə düşər ki, bələdiyyələrə verilməli olan səlahiyyət paketinini yeni seçilmiş bələdiyyələr fəaliyyətə başlayarkən qüvvəyə minməsi daha məsədəuyğun sayılmalı və birləşdirmədən sonra böyüdülmüş bələdiyyələr artıq yeni səlahiyyətlərlə işə başlamalıdırlar. Hazırda MM-də müzakirəyə çıxarılan qanun layihəsini təhlil edərkən, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı məqamlar qanunvericilikdə elə bir formada toxunulub ki, sanki, proses yenidən icra hakimyyətləri tərəfindən idarə olunacaq və son sozü həmişə olduğu kimi bu struktur təmsilçiləri deyəcək. (Səlahiyyətlərin nədənsə mərhələli həlli sanki Qarabağ danışıqları xatırladır.)
Son vaxtlar rəsmilərin isə daim “bələdiyyələr özlərinin doğrutlmayıb ona görə onlara əlavə səlahiyyətlər verilmir” və ya “tam özlərini döğruldarlarsa onda veriləcək” fikri ilə də razılaşmaq olmur. Axı mövcud qanunvericilikdəki səlahiyyətlər nə vaxt tam formada yerli orqanlara verilmişdir! Verilmiş səlahiyyətlər mütəmadi olaraq ilbəil alımadımı… Və bu gün bələdiyyələrin büdcəsi dar bir cərçivədə, yəni torpaq və əmlak vergisinin yığımından və dövlətin ayırdığı dotasiyadan ibarətdir desək, yəqinki yanılmarıq.
Son olaraq qeyd olunmalıdır ki, bələdiyyələrə ayrılmış səlahiyyətlərin monitorinqi aparılsın. Məhz onda bilmək olar ki, bələdiyyə həqiqətən hansı səlahiyyətdən daha çox istifadə edir. Və bu gün araşdırılsa görmək olar ki, cinayət məsuliyyətinə cəlb olunmuş bələdiyyə sədrlərinin əksəriyyətində bu və ya digər formada məhz RİH-lərin də bilavasitə rolu var. Torpaqlar və hər hansı qanunsuz tikililər məgər icra hakimiyyətinin xəbəri olmadan satıla və ya icarəyə verilə
bilərmi? Əslində bu barədə də son qərarı elə məhz qanunverilik baxımından da RİH-lər verməlidirlər. Və bəzi hallarda RİH-lər üzərinə düşəsi məsuliyyət yükünü bələdiyyənin üzərinə atmaqla özlərinin təmizə çıxarmaq istəyir. Əgər bir rayonda üç bələdiyyə sədrini həbs edirlərsə və ya ikisi də bir təhər vəziyyətdən qutarırsa onda İcra hakimiyyəti hara baxır? Məhz bu cür hallların qarşısının almaq və ya səlahiyyət bölgüsünü dəqiqləşdirmək məqsədilə xüsusi bir qanunun hazırlanmasına ehtiyac var. Belə qanun olarsa hər kəs öz məsuliyyət yükünü çəkər və məsuliyyətini daha çox başa düşər.
Soz yox ki yaxın gələcəkdə bələdiyyələri parlaq gələcək gözləmir. Ancaq dövlətin bu istiqamətdə atdığı addımları ondan xəbər verir ki, bu istiqamətdə inkişaf olacaq.

Vüqar Tofiqli 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti