Qələbə daim bizimlə olsun, Gürcüstan və Azərbaycan dostluğu əbədi yaşasın!

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Leyla Abdullayeva Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatının şərh edilməsinə dair KİV-in sualını cavablandırıb
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın Azərbaycandakı səfirliyində olub, Kemerovoda yanğın nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin

İnkişafına Yardım Assosiasiyasının

Prezidenti cənab Elxan Süleymanova

Əziz soydaşlar, həmvətənlər!

         Biz, Gürcüstanda yaşayan azərbaycanlılar, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər  Ordumuz tərəfindən doğma Azərbaycanımızın uzun illər işğal altında qalmış əzəli torpaqlarının azad edilməsini,    ana vətənimizin ərazi bütövlüyünün bərpasını böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladıq.  

Bu tarixi hadisəyə görə xalqımızın sonsuz inamını qazanmış, müdrik dövlətçilik siyasəti ilə Azərbaycanı regionun lider dövlətinə çevirmiş, qüdrətli ordu quruculuğu həyata keçirmiş cənab Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını öz adımdan və eloğlularım adından ürəkdən təbrik edirəm.

         Qarabağ zəfərinin dünya azərbaycanlılarının, o cümlədən borçalıların həyatında, milli birliyində və tarixi gələcəyində böyük amil olacağına əminik. Müzəffər Azərbaycan Ordusu xalqımızın sarsılmaz birliyini,  milli qürurunu, dövlətimizin gücünü bütün dünyaya bəyan etdi.

Azərbaycan Ordusu tariximizə şanlı qəhrəmanlıq salnaməsi yazdı, işğaldan azad edilmiş yurdlarımızda bir daha heç vaxt enməyəcək üçrəngli  bayrağımızı dalğalandırdı. Bu milli zəfərdə borçalıların da xalqımız qarşısında vəfa payı var. Ali Baş Komandanımızın rəhbərliyi ilə bir yumruq kimi birləşmiş xalqımızın azadlıq mücadiləsində, Ordumuzun apardığı müzəffər döyüşlərdə yüzlərlə Borçalı əsilli əsgərlər, zabitlər iştirak etmiş, qəhrəmanlıq göstərmiş, şəhid olmuşlar. Bu gün Vətən müharibəsindəki qələbəmizə canını fəda etmiş bütün şəhidlərimizin müqəddəs ruhu şaddır. Bu gün bütün dünya azərbaycanlıları sevinc içindədir. Ordumuzun bu şanlı zəfəri əsrlər boyu xalqımızın tarixi yaddaşında qalacaq və qürur mənbəyimiz olacaq, ölkəmiz günbəgün inkişaf edərək daim dünyanın qabaqcıl dövlətləri sırasında olacaq, beynəlxalq əlaqələrimiz daha da genişlənəcək.

Biz çox şadıq ki, vətəndaşı olduğumuz Gürcüstan Respublikasının əhalisi, bizə dost və qardaş olan gürcü xalqı bu gün bizimlədir, qələbə sevincimizi bizimlə bölüşür. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gürcüstan-Azərbaycan dostluğu, strateji əməkdaşlığı bu gün sürətli addımlarla inkişaf etməkdədir. Azərbaycanın Gürcüstanla bu tarixi dostluğunun, sıx əməkdaşlığın möhkəmlənməsində möhtərəm Prezident İlham Əliyevin böyük xidmətləri var və  məmnunluqla bildirmək istərdik ki, qardaş gürcü xalqı və biz borçalılar bu xidməti, Azərbaycanın bizə olan diqqət və qayğısını yüksək qiymətləndiririk. Biz minnətdarlıq hissi ilə xalqımızın apardığı Vətən müharibəsində Gürcüstanın ölkəmizi dəstəklədiyini qeyd edir və bu dostluğun əbədi olacağına əminliyimizi bildiririk.

Hörmətli Elxan müəllim, Sizin rəhbərliyinizlə AVCİYA-nın Gürcüstan-Azərbaycan əməkdaşlığı sahəsində gördüyü işləri, o cümlədən, “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” layihəsini yüksək qiymətləndirir və bu Layihəyə dəstək olmağa hazır olduğumuzu bildiririk.   

        Əziz soydaşlarımız, sizi tarixi qələbəmiz münasibətilə bir daha təbrik edirik, Azərbaycanımıza işıqlı gələcək, yeni zəfərlər arzulayırıq. Qələbə daim bizimlə olsun, Gürcüstan və Azərbaycan dostluğu əbədi yaşasın!

Uca tanrı ölkələrimizi və xalqlarımızı qorusun!

Hörmətlə,

Tofiq Hacıyev

Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, əməkdar təhsil işçisi.

1980-ci illərdə təhsil və dövlət orqanlarında çalışıb. 1990-1996-cı illərdə Marneuli 4 saylı rus orta məktəbinin direktoru, 1996-1998-ci illərdə rayon Maarif Şöbəsinin müdiri, 1998-2002-ci illərdə rayon bələdiyyəsinin deputatı, 2002-2004-cü  illərdə rayon Korrupsiyaya Qarşı Mübarizə Şurasının məsul katibi, 2004-2006-cı illərdə Marneuli Rayon İcra Hakimiyyəti sədrinin 1-ci müavini, 2006-2012-ci illərdə Marneuli rayonu Bələdiyyəsi Maarif Şöbəsinin müdiri vəzifələrində işləyib. Gürcüstan Müsəlman və Xristian Demokratlar İttifaqı Siyasi Partiyasının yaradıcılarından biri və Marneuli rayon şöbəsinin sədri kimi fəaliyyət göstərib. Hazırda Tbilisi Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. 

Akif Həsənov

Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, Gürcüstan Respublikasının İlk Parlamentinin üzvü, Gürcüstanın İstiqlal Bəyannaməsini imzalamış millət vəkili.