Qarabağda iki su anbarı tikiləcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub
Birinci vitse-prezident Mehriban Əliyeva Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki su anbarının tikintisi, mövcud su anbarlarının isə bərpası nəzərdə tutulur.
Bu barədə “Report”a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev məlumat verib.
O, bu barədə Şabran rayonunda 5 iyun – su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə keçirilən mediaturda danışıb.
“Həmin ərazilərdə faktiki olaraq su anbarlarımız var. Onlardan Tərtər rayonundakı Suqovuşan, Ağdam rayonundakı Xaçınçay və Füzuli rayonundakı Köndələnçay su anbarlarının texniki-iqtisadi əsaslandırma layihəsi həyata keçirilib, ekspertizaya verilib. Güman ki, qısa müddət ərzində onların əsaslı təmir və bərpası ilə bağlı tenderlər keçiriləcək. Bundan başqa, Bərgüşadçay və Həkəri çaylarının üzərində 60 və 90 milyon kubmetrlik yeni su anbarlarının tikintisi nəzərdə tutulub”, – deyə Z.Quliyev qeyd edib.