“Qars müqaviləsi – 100 il” mövzusunda yubiley poçt markaları dövriyyəyə buraxılıb

AVCİYA “Bələdiyyə seçkiləri: Yerli və beynəlxalq təcrübə” mövzusunda tədbir keçirəcək
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
e-sosial.az portalına bu ilin əvvəlindən 4 milyondan çox müraciət qeydə alınıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən “Qars müqaviləsi – 100 il” mövzusunda yubiley poçt markaları dövriyyəyə buraxılıb.

Buraxılış 8 markadan ibarət vərəq şəklində hazırlanıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, poçt markası 103 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub. Markanın müəllifi rəssam Vüqar Əyyubovdur.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Qeyd edək ki, oktyabr ayının 13-də “Qars müqaviləsi”nin bağlanmasının 100 ili tamam olur. “Qars müqaviləsi” mühüm tarixi əhəmiyyətə malikdir. Müqavilə ilə Naxçıvanın statusu təsbit olunub və tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəlib.

APA