QDİƏT Parlament Assambleyasının növbəti sessiyası Gürcüstanda keçiriləcək

my.gov.az (“myGov”) mobil əlavəsi fəaliyyətə başlayıb
İlham Əliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib
Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının (PM) növbəti sessiyası 2026-cı ilin yayında Gürcüstanda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.

Onun sözlərinə görə, noyabrın 23-24-də QDİƏT PM-in sessiyası Bolqarıstanda keçirildi və bu sessiyada quruma sədrlik Gürcüstana keçdi. Gürcüstan parlamenti növbəti altı ay ərzində assambleyaya sədrlik edəcək.

“Assambleyada biz sədrliyimizin prioritetləri ilə yanaşı, əlaqələri, iqtisadi əməkdaşlığı və parlament diplomatiyasını gücləndirmək və təşviq etməkdən ibarət olan prioritetləri təqdim etdik. Biz çalışacağıq ki, Gürcüstan parlamentinin assambleyaya sədrliyi dövründə, Qara dəniz sualtı kabel, Orta Dəhliz layihələri Avropa ilə Asiyanı birləşdirən körpü kimi parlament səviyyəsində daha da irəliləsin”, – deyə Şalva Papuaşvili bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi